Saytımızı qiymətləndirin


 
 

"Arsenal"ın iki futbolçusunun "Qarabağ"la matçda iştirak etməyəcəyi dəqiqləşib
Tarix: 19-09-2018 | Saat: 14:53
Bölmə:Karusel / İdman | çapa göndər

 

" "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İngiltərə "Arsenal"ının zədəli futbolçularının durumu müəyyənləşib.

"Qarabaginfo" "Report.az"a istinadən bildirir ki, London təmsilçisinin futbolçuları Sead Koloşinats, Enzli Meytlend-Naylz, Karl Cenkinson və Loran Koselni bu ay meydana çıxmayacaq.

Müdafiəçi Koloşinats və yarımmüdafiəçi Meytlend-Naylzın oktyabrın əvvəllərində tam olaraq kollektivə qoşulaqları gözlənilir.

Müdafiəçilər Cenkinson və Koselni isə noyabrda komandaya qoşulacaq.

Bu futbolçulardan yalnız Meytlend-Naylzın adı Avropa Liqasının iştirak ərizəsinə daxil edilməyib. Cenkinson və Koselninin Avropa Liqasının qrup mərhələsinin II turunda "Qarabağ"la səfər oyununda iştirak etməyəcəyi dəqiqləşib. Koloşinatsın isə Bakıya gəlib-gəlməyəcəyi bilinmir. 

Qeyd edək ki, oktaybrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Arsenal" matçı saat 20:55-də start götürəcək. 



Xəbəri paylaş

590 dəfə oxunub.

Digər xəbərlər