Saytımızı qiymətləndirin


 
 

“Ölmək istəmirəm…” - Tünzalənin kövrək anları
Tarix: 18-09-2018 | Saat: 12:12
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Ölmək istəmirəm…”

Əməkdar artist Tünzalə Əliyeva ATV kanalında yayımlanan “Bizimləsən” proqramının qonağı olub. 

"Qarabaginfo" “Qafqazinfo.az”a istinadən xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən aktrisa efirdə göz yaşlarını saxlaya bilməyib. 

Proqramın əməkdaşları əvvəlcə, əməkdar artistin evindən hazırladığı sujeti təqdim edib. Tünzalə Əliyeva  ağlayaraq yaşamaq istədiyini bildirib:

“Xərçəng xəstəliyini özümə yaraşdırmadım. Bu xəstəlik 5-6 il var, sadəcə olaraq dayanıb. Son günlər yemək yemədim, imunitetim aşağı düşdü və xəstəlik inkişaf etdi. Bir həftə psixoloji durğunluq keçirdim. Hər kəs başıma yığılmışdı, hamı mənimlə birgə ağlayırdı. Ana-atam bilmir. İndi ölmək istəmirəm. Qızım Zəhra çox balacadı. Mən onu məktəbə yola salmaq istəyirəm. Onu gözəl paltarda görmək istəyirəm. Amma mən o anı görə biləcəmmi? Allaha yalvarıram ki, mənə möhlət ver. Hamıdan xahiş edirəm, mənə kömək edin”. 



Xəbəri paylaş

1 055 dəfə oxunub.

Digər xəbərlər