Qarabaginfo.az xəbər verir ki,  bu  barədə Amerika Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitikləri bəyanat yayıblar. 

Bundan əlavə, analitiklər qeyd ediblər ki, Putin bu görüşdə özünü rus çarı Birinci Pyotrla müqayisə edib və Rusiyanın indi çarın uğrunda mübarizə apardığı Azov dənizinə nəzarət etdiyini bildirib.

"Rusiya imperiya tarixinə bu istinad Putinin Ukraynadakı hazırkı məqsədlərini açıq şəkildə imperialist və hələ də maksimalist kimi göstərir. Putin Rusiyanın daxili auditoriyasını Ukraynada uzun sürən, yorucu müharibəyə hazırlayır, məqsədi Ukraynanın yeni ərazilərini zəbt etməkdir".

Bildirilir ki, Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şurası ilə görüşü zamanı Putin "Rusiya Federasiyasında “xüsusi əməliyyat” adlandırılan Ukrayna müharibəsi “uzun proses” ola bilər və yeni ərazilərin ələ keçirilməsi Rusiya üçün mühüm nəticədir",-  deyib.