Saytımızı qiymətləndirin


 
 

Xəzər rayon sakinindən 14 kq-dan artıq marixuana götürülüb - VİDEO
Tarix: 10-09-2021 | Saat: 14:23
Bölmə:Karusel / Hadisə | çapa göndər

Xəzər rayon sakinindən 14 kq-dan artıq marixuana götürülüb - VİDEO


Xəzər Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Şüvəlan və Mərdəkan qəsəbələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi, yəni satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Hüseynağa Qafarzadə saxlanılıb.

Daxili İşlər Nazirliyindən Qarabaqinfo.az-a verilən məlumata görə, polislər tərəfindən tutulan zaman onun üzərindən 23 qram heroin və 2 qram psixotrop maddə olan metamfetamin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Hüseynağa Qafarzadənin Şüvəlan qəsəbəsində yaşadığı mənzilin zirzəmisindən əlavə 14 kiloqram marixuana aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmaları davam etdirilir. Narkotik vasitələrin Xəzər rayonu ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilib Apa

 

 

 



Xəbəri paylaş

2271 dəfə oxunub.

Digər xəbərlər