Saytımızı qiymətləndirin


 
 

Rəsulzadəyə heykəl qoyulması təklifinə rəsmi CAVAB VERİLDİ
Tarix: 04-02-2022 | Saat: 10:42
Bölmə:Karusel / Gündəm | çapa göndər

Mədəniyyət Nazirliyi Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin Bakıda heykəlinin qoyulması ilə bağlı təkliflərə münasibət bildirib.

Qarabaginfo.az-ın xəbərinə görə,  bu barədə Nazirlikdən Modern.az-ın sorğusuna cavab olaraq deyiblər ki, Mədəniyyət Nazirliyinin nəzdində heykəltaraşlıq abidələrinin, xatirə-memorial və memarlıq kompleklərin ucaldılması və demontajı üzrə Ekspert Komissiyası fəaliyyət göstərir.

“Mədəniyyət Nazirliyinə Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı mütəmadi olaraq təkliflər daxil olur. Bu kimi təkliflər sözügedən Ekspert Komissiyasında baxıldıqdan sonra müvafiq addımlar atılır”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, bu yaxınlarda Milli Məclisin bir neçə deputatı Modern.az saytı vasitəsilə Rəsulzadəyə heykəl qoyulması məsələsini gündəmə gətirib. Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə bu təklifləri dəstəkləyərək, Bakıda babasının heykəlinin ucaldılacağına əminliyini ifadə edib.

 

 



Xəbəri paylaş

362 dəfə oxunub.

Digər xəbərlər
27-02-2021, 14:53 Mart ayının hava proqnozu