Saytımızı qiymətləndirin


 
 

Olyunindən təhlükəli fikirlər: “Rusiyanın təhlükəsizliyinin üç sütunu Ermənistan, Dağıstan və Stavropoldur
Tarix: 08-09-2021 | Saat: 09:48
Bölmə:Karusel / Dünya | çapa göndər

backendprint sharing button

General  Rüstəm Muradovun Qarabağdan getməsi ilə əlaqədar olaraq bəzi düşüncələr yaranıb. Doğrudur Rüstəm Muradov bu vəzifəyə təyin olunanda, erməni mühitində onun haqqında böyük şübhələr vardı. Əlbəttə ki, ən dəhşətli günlərdə, Şuşanın itirildiyi, erməni hərbçilərinin həlak olduğu bir dönəmdə Muradovun ermənilər tərəfindən dərhal qəbul ediləcəyini gözləmək doğru deyildi.  Hətta bir azərbaycanlının bu vəzifəyə gətirildiyini iddia edənlər də var idi.  Ancaq Muradov addım -addım həm Rusiya, həm də Ermənistan tərəfində hörmət yaratdı. O vaxta qədər bu şəxs Dağıstan prezidenti Sergey Melikovun rəhbərliyi altında böyük bir  xidmət keçmişdi.

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri rusiyalı jurnalist Valeriya Olyunin səsləndirib. O daha sonra Rüstəm Muradovun sülhməramlıların rəhbəri kimi öz missiyasını başa vurmasını bir kənatra qoyaraq, erməniləri mədh etməyə başlayıb. Olyuninin məntiqsiz təəssüratlarına nəzər salsaq, onun aşırı erməni sevdalısı olduğunu görə bilərik. Görün müəllif nə deyir: “Bu və ya digər şəkildə həm dağıstanlılar, həm də çeçenlər erməni qəhrəmanlarına hörmətlə yanaşırlar. Çünki ermənilər olmasaydı, Rusiya-Qafqaz müharibələrində daha böyük itkilərlə üzləşərdi”.

Bu fikirində rusiyalı jurnalist özü də bilmədən “qəhrəman” protatipi yaratdığı ermənilərin əslində xain olduqlarını aşkara çıxarır. Tarixdən də məlumdur ki, Osmanlıda yaşayan, imperiyanın çörəyini yeyib, suyunu içən ermənilər Rusiya-Osmanlı müharibələrində Türkiyəyə xəyanət ediblər.

Olyunin daha sonra fikirlərini belə davam etdirir: “İndi Ermənistan ən ağır günləri yaşadıqda, dağıstanlılar belə bir vasitəçi rolunu oynayırlar. Onlar indi Rusiya ilə Azərbaycan və İran arasındadırlar. Bu, rusların tam başa düşə bilmədikləri zehniyyət anlayışıdır. Təbii ki, dağıstanlılar bunu hər zaman yaxşı xatırlayırlar. 1990-cı illərdə Azərbaycanda anti-erməni təbliğatının olduğu vaxtlarda Qafqazın saxurları və ləzgiləri ermənilərə qalxan rolunu oynamışlar. Tarixi Dağıstan Azərbaycanla müqayisədə Ermənistanla daha çox bağlıdır, bunu izah etmək çox asandır”.

Olyuninin bu sərsəm fikirləri isə daha təhlükəlidir. Çünki birbaşa olaraq Qafqaz xalqları arasına nifaq toxumu səpməyə və separatçı meyllər yaratmağa hesablanıb. Məlumdur ki, Azərbaycanda bütün millətlərin nümayəndələri (saxurlar, ləzgilər, tatlar, talışlar və sairə) tarix boyu sülh və əminamanlıq şəraitində, dostluq münasibətlərində yaşayıblar. Bu proses indi də davam edir. Odur ki, “Dağıstan Azərbaycanla müqayisədə Ermənistanla daha çox bağlıdır” fikirlərinin arxasında məkrli plan dayanır və bu ifadə tamamilə absurddur.

“Rusiyanın təhlükəsizliyinin üç sütunu – ERMƏNİSTAN, DAĞISTAN və STAVROPOL VİLAYƏTİ var.  Biri çöksə, digərləri də məhv olacaq” fikirləri isə yəqin ki, Rusiya Təhlükəsizlik Xidmətinin çox ciddi araşdırmasını tələb edir. Belə bir təhlükəli fikirlər səsləndirən şəxs haqqında mütləq ciddi araşdırma aparılması vacibdir.(Konkret.az)

 



Xəbəri paylaş

1311 dəfə oxunub.

Digər xəbərlər