Saytımızı qiymətləndirin


 
 

Yeni katib kimdir?
Tarix: 12-04-2023 | Saat: 15:54
Bölmə:Karusel / Siyasət | çapa göndər

yeni-katib-kimdir 

Xəbər verdiyimiz kimi, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasi üzrə Dövlət Komissiyasının Katibliyinə rəhbər təyin edilib. Baş nazir Əli Əsədovun imzaladığı sərəncamla Murad Nəcəfbəyli komissiyanın katibi olub.

Qarabaginfo.az xəbər verir ki, Murad Nəcəfbəyli bu vəzifəyə təcrübəli diplomat kimi təyin edilib. Belə ki,o, uzun illər Xarici İşlər Nazirliyində çalışıb. Azərbaycanı xarici ölkələrdə səfir kimi təmsil edib.

Daha əvvəl İsveçrə və Lixtenşteyndə fövqəladə və səlahiyyətli səfir olan M.Nəcəfbəyli BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndə vəzifəsində də çalışıb.

Murad Nəcəfbəylinin sonuncu iş yeri Estoniyadakı Azərbaycan səfirliyi olub. Prezident İlham Əliyev 2021-ci ildə onu səfir vəzifəsindən geri çağırıb.

Maraqlıdır ki, M.Nəcəfbəylinin iki qardaşı da diplomatdır. Qardaşı Hüseyn Nəcəfov Azərbaycanın Rumıniyadakı səfiri, digər qardaşı Eldar Nəcəfov isə Xarici İşlər Nazirliyinin İkinci Asiya İdarəsinin rəis müavinidir.(Qafqazinfo)

 

 

 



Xəbəri paylaş

186 dəfə oxunub.

Digər xəbərlər