Tarix: 07-09-2021 | Saat: 20:56
Bölmə:Karusel / Qarabağ | çapa göndər
Ağdərədə tutulan Azərbaycan hərbi qulluqçusu Cəmil Babayev Azərbaycanda saxlanan iki erməni ilə dəyişdirilib.
Qarabaginfo.az “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, onların olduğu təyyarə Bakıdan İrəvana uçub.
Dəyişdirilmə prosesi Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov iştirakı ilə baş tutub.
Qeyd edək ki, Ermənistan mətbuatı avqustun 25-də Cəmil Babayevin Rusiya sülhməramlılarının nəzarətində olan Ağdərədə tutulduğu barədə məlumat yaymışdı.
Xatırladaq ki, Müdafiə Nazirliyi Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlunun Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk etdiyini və haqqında cinayət işi başlanıldığını bildirib.
Digər xəbərlər