Tarix: 01-09-2021 | Saat: 15:25
Bölmə:Karusel / Gündəm | çapa göndər
Sosial şəbəkələrdə Şəki şəhərində "COVID-19 pasportsuz avtobusa minmək qadağandır” xəbərdalıqları vurulan ictimai nəqliyyat vasitələrinin görüntüləri yayılıb.
Qarabaginfo.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "Report"un sorğusuna bildirib ki, ictimai nəqliyyatda COVID-19 pasportu ilə bağlı hansısa qadağa və məhdudiyyət yoxdur, sərnişinlərdən yalnız tibbi maska tələbi var.
"Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlərlə tibbi maskadan istifadə etməyən, müəyyən olunan norma və qaydalara əməl etməyən şəxslərin profilaktikası diqqət mərkəzində saxlanılır. Şəki şəhərində fəaliyyət göstərən ictimai nəqliyyatda COVID-19 pasportu olmayan şəxslərlə bağlı heç bir tədbir keçirilməyib", - E.Hacıyev qeyd edib.
Digər xəbərlər