Tarix: 01-09-2021 | Saat: 11:36
Bölmə:Karusel / Gündəm | çapa göndər
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) Ələt qəsəbəsində Azad İqtisadi Zonanın yaradılması ilə əlaqədar EATS-431-Ələt ATS-i-Azad İqtisadi Zona arası FO kabelinin çəkilməsi və çəkilən FO-96 kabelindən Sahil, Sanqaçal, Qobustan, Ümid, Şıxlar ATS-ləri-Azad İqtisadi Zona arası kabel çəkilişi işlərinin görülməsi üçün (LSS-12811-XQ-4 və LSS-12811(Ə)-XQ-1,2,3,4,5,6,7) mal-materiallar və xidmətin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Qarabaginfo.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Azinvest Telecom Technology" MMC-dir.
Qalib şirkətə 2 milyon 831,4 min manat ödəniləcək.
Xatırladaq ki, “Baktelecom" 1997-ci ildən fəaliyyət göstərən “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) bazasında 2017-ci ildə yaradılıb.
Digər xəbərlər