Saytımızı qiymətləndirin


 
 

Türkiyə ordusu İraq və Suriyada PKK-nın hədəflərinə zərbələr endirir
Tarix: 24-10-2024 | Saat: 07:44
Bölmə:Karusel / Region | çapa göndər

Türkiyə ordusu İraq və Suriyada PKK-nın hədəflərinə zərbələr endirir

Türkiyə Silahlı Qüvvələri TUSAŞ-da terror hücumundan sonra İraq və Suriyada PKK-nın hədəflərinə zərbələr endirir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı təhlükəsizlik mənbələri yerli mətbuata ötürüb.

Türkiyə Milli Müdafiə Nazirliyindən əməliyyatla bağlı verilən açıqlamada deyilir:

“İraq və Suriyanın şimalında terrorçu hədəflərə qarşı hava əməliyyatları keçirilib. 32 hədəf müvəffəqiyyətlə məhv edilib. Hava əməliyyatlarımız qətiyyətlə davam edir”.

Açıqlamada həmçinin Türkiyənin bu əməliyyatı Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüquqdan istifadə edərək, PKK/KCK və digər terror ünsürlərini zərərsizləşdirərək ölkəyə qarşı terror hücumlarını aradan qaldırmaq və sərhəd təhlükəsizliyini təmin etmək məqsədilə başlatdığı bildirilir.



Xəbəri paylaş

26 dəfə oxunub.

Digər xəbərlər