Ana Sayfa > Karusel / Region > Türkiyə ordusu İraq və Suriyada PKK-nın hədəflərinə zərbələr endirir
Türkiyə ordusu İraq və Suriyada PKK-nın hədəflərinə zərbələr endirirBu gün, 07:44. Yazar: Admin |
Türkiyə Silahlı Qüvvələri TUSAŞ-da terror hücumundan sonra İraq və Suriyada PKK-nın hədəflərinə zərbələr endirir. Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı təhlükəsizlik mənbələri yerli mətbuata ötürüb. Türkiyə Milli Müdafiə Nazirliyindən əməliyyatla bağlı verilən açıqlamada deyilir: “İraq və Suriyanın şimalında terrorçu hədəflərə qarşı hava əməliyyatları keçirilib. 32 hədəf müvəffəqiyyətlə məhv edilib. Hava əməliyyatlarımız qətiyyətlə davam edir”. Açıqlamada həmçinin Türkiyənin bu əməliyyatı Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüquqdan istifadə edərək, PKK/KCK və digər terror ünsürlərini zərərsizləşdirərək ölkəyə qarşı terror hücumlarını aradan qaldırmaq və sərhəd təhlükəsizliyini təmin etmək məqsədilə başlatdığı bildirilir. Geri dön |