Tarix: 16-05-2022 | Saat: 23:06
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Çox maraqlı oyun keçdi. İlk qarşılaşmada komandamızda görmədiyimiz müsbət cəhətləri bu oyunda müşahidə etdik".
Qarabaginfo.az-ın məlumatına görə, bunu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Abdullayev UEFA İnkişaf turnirində Gürcüstana 0:1 hesabı ilə uduzduqları oyundan sonra AFFA-nın rəsmi sayıtna açıqlamasında deyib.
52 yaşlı mütəxəssis bildirib ki, məğlubiyyətə baxmayaraq, komandası 90 dəqiqə rəqibi təzyiq altında saxlayıb: "Əldə etdiyimiz fürsətləri realizə edə bilmədik. Ümumilikdə oyundan razı qaldım".
Abdullayevin sözlərinə görə, beynəlxalq təcrübə baxımından gənc futbolçular üçün belə turnirlərdə iştrak etmək çox faydalıdır: "Məqsədimizə çatmaq üçün oyunumuzu daha da yaxşılaşdırmalı və bu istiqamətdə inkişafımızı davam etdirməliyik. Komandamız yaxşıdır və mən uşaqlara inanıram".
Digər xəbərlər