Saytımızı qiymətləndirin


 
 

Ermənistan Müdafiə Nazirliyində KTMT generalı ilə görüş keçirilib
Tarix: 27-08-2021 | Saat: 16:57
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ermənistan Müdafiə Nazirliyində KTMT generalı ilə görüş keçirilib

 

Ermənistanın müdafiə naziri Arşak Karapetyan KTMT Birgə Qərargah rəisinin birinci müavini general-leytenant Həsən Kaloyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətiməlumat yayıb.

General-leytenant Kaloyev Ermənistanın müdafiə nazirinə KTMT-nin Kollektiv Sürətli Hərəkət Qüvvələrinin birgə operativ yerləşdirilməsinin planlaşdırılması vəzifələri barədə məlumat verib.

KTMT çərçivəsində qərarların qəbul edilməsi və kollektiv qüvvələrdən istifadə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

KTMT Birgə Qərargah rəisinin birinci müavini Ermənistana səfəri zamanı KTMT-nin Kollektiv Sürətli Reaksiya Qüvvələrinə daxil olan erməni birləşmələrinin döyüş hazırlığı məsələləri ilə də tanış olub



Xəbəri paylaş

284 dəfə oxunub.

Digər xəbərlər