Saytımızı qiymətləndirin


 
 

Azərbaycan Qafan-Gorus yolunu niyə bağladı? - Səbəblər
Tarix: 26-08-2021 | Saat: 21:29
Bölmə:Karusel / Region | çapa göndər

Azərbaycan Qafan-Gorus yolunu niyə bağladı? - SəbəblərAzərbaycanın Qafan-Gorus yolunu bağlaması əsasən, Ermənistanın Azərbaycana qarşı davam edən siyasi-hərbi təxribatlarına cavabdır.

Qarabaginfo.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

"Birinci, Ermənistan Baş naziri Nikol Paşinyanın ötən gün Zəngəzur dəhlizinin verilməyəcəyini qeyd etdi.

İkinci, artan erməni təxribatlarına cavabdır.

Üçüncü, bu yoldan Ermənistan silahlı qüvvələrinin Qarabağa mülki maşınlarda əsgər daşıması.

Dördüncü, İranın bu yoldan istifadə edərək separtıçıları lojistik dəstəyinin qarşısını almaqdır", - deyə politoloq bildirib.

O qeyd edib ki, bu yol SSRİ-dən sonra çəkilib və qanunsuz olaraq Ermənistan buradan istifadə edib:

"Müharibədən sonra Azərbaycan bu yoldan Ermənistana istifadə etmək üçün humanitar mövqe sərgilədi. Amma, Ermənistan tərəfi bu humanitar missiyadan hərbi və təxribatlar etmək üçün istifadə edib.

Qarabağda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət zonasında olan yoldan Azərbaycanın yolunu kəsməyə cəhdlər olacaq. Azərbaycan qəti şəkildə bunun qarşısını almalıdır".(Yenisabah.az )



Xəbəri paylaş

1286 dəfə oxunub.

Digər xəbərlər