Tarix: 23-08-2021 | Saat: 16:26
Bölmə:Karusel / Gündəm | çapa göndər
Binəqədi rayonu 8-ci mikrorayon ərazisindəki Azadlıq Prospekti metrostansiyasının giriş-çıxışı olan parkın daha bir problemi ilə üzə çıxıb.
Həmin parkın orta hissəsində çökmələr və torpaq sürüşmələri müşahidə olunur. Parkda pilləkənlərin orta hissəsindəki plitələr bir xətt boyunca çatlayıb, eyni zamanda pilləkənlərin bəzilərinin isə sağ tərəfi çöküb.
Ərazidə fəaliyyət göstərən obyektlərdə çalışanlarla şifahi söhbətimiz zamanı bildirdilər ki, qatarların keçdiyi anda yer həddindən artıq titrəyir. "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov APA-ya bildirib ki, metrostansiyalar tikilən zaman yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunduğu üçün narahatlığa heç bir əsas yoxdur:
”Ərazilər və torpaq sahələri, yalnız inşaat müddəti dövründə müvəqqəti olaraq Bakı Metropoliteni üçün ayrılır. İnşaat işləri yekunlaşdıqdan sonra isə həmin ərazilər Bakı Şəhər İcra hakimiyyətinin balansına verilir. Metrostansiyaların ümumən yeraltı obyektlərin inşa olunduğu ərazilərdə, zamanla çökmələrin olması mümkündür, bəzən hətta labüddür. Bu qatarların hərəkətindən irəli gələn dinamik hərəkətin təsirindəndir”.
O əlavə edib ki, Azadlıq Prospekti metrostansiyasında yaxınlıqda aparılan tikinti işləri, metrostansiyaya heç bir zərər verə bilməz.
Digər xəbərlər