Saytımızı qiymətləndirin


 
 

Hərbçilərimiz hazırlıq keçir 
Tarix: 23-08-2021 | Saat: 16:10
Bölmə:Karusel / Gündəm | çapa göndər

Hərbçilərimizin  “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinə hazırlığı davam edir.

 

Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, növbəti gündə heyətin atəş mövqelərini tutması və komanda müşahidə məntəqələrini açılması, minaatan qurğularının döyüşə və səfərə vəziyyətinə gətirilməsi, tuşlanması, doldurulması və döyüş atışının icra olunması tapşırıqları məşq olunub.

 

Artilleriyaçılarımızın çətin keçilən ərazidə döyüş texnikasının idarə edilməsi və döyüş şəraitində tətbiqi üzrə vərdişləri təkmilləşdirilib.
Dünyanın 10 ölkəsindən olan artilleriyaçıların iştirak etdiyi müsabiqədə silah və döyüş texnikası ilə mərhələlər üzrə müxtəlif tapşırıqlar yerinə yetiriləcək.



Xəbəri paylaş

301 dəfə oxunub.

Digər xəbərlər