Tarix: 23-08-2021 | Saat: 10:40
Bölmə:Karusel / Gündəm | çapa göndər
ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi hesab edir ki, Dağlıq Qarabağın statusu hələ müəyyən edilmədiyindən son vaxtlar Dağlıq Qarabağda baş verən müharibənin nəticələrinin aradan qaldırılmayıb və münaqişənin həlli mümkün olmayıb.
Qarabaginfo.az "Armenpress"ə istinadla xəbər verir ki, Linn Treysi bunu Sünik bölgəsində jurnalistlərlə söhbət zamanı bildirib.
"Minsk qrupunun həmsədri olaraq vəziyyətin gərginləşməsini azaltmağa, insidentləri aradan qaldırmağa çalışacağıq ki, qalan məsələlərin, müharibədən sonrakı durumun və qalan vəzifələrin son həlli mümkün ollsun", - deyə səfir qeyd edib.
Təhlükəsizlik və sərhəd hadisələri ilə əlaqədar məsələlərə gəlincə, Treysi xatırladıb ki, bu mövzuda fikirlərini açıqlayıb və ABŞ Dövlət Departamenti tərəfindən də bir neçə mövqeyə dair rəy səsləndirilib.
Səfir deyib: “Yaxşı bilirsiniz ki, iyul ayında hadisələrin qeydə alındığı Geqarkunik bölgəsinin sərhəd rayonlarından birini ziyarət etdim. Şiddətə ən qısa zamanda son qoymaq üçün vəziyyətin gərginləşməməsini istədiyimizi açıq şəkildə bildirmək istəyirəm".
Linn Treysi bu problemlərin həllinin son dərəcə vacib olduğunu vurğulayıb: "Xüsusən də mülki əhali münaqişənin episentrində olduğu üçün onun təhlükəsizliyi təhlükə altındadır, buna görə də bütün bunları nəzərə alaraq bu problemlərin həlli təcili hala gəlir".
Digər xəbərlər