Saytımızı qiymətləndirin


 
 

Mütəllibov Qorbaçovun Qarabağ və “QKÇP” haqdakı son açıqlamalarına cavab verdi...
Tarix: 22-08-2021 | Saat: 12:16
Bölmə:Karusel / Siyasət | çapa göndər

Mütəllibov Qorbaçovun Qarabağ və “QKÇP” haqdakı son açıqlamalarına cavab verdi...
““QKÇP”-nin arxasında məhz Qorbaçovla Yeltsin dururdu. Planlı şəkildə həyata keşirilmiş hadisədir...”
 
“Mixail Qorbaçovun dedikləri həqiqətə uygun deyil. Əslinə qalsa, keçmiş Sovet İttifaqı ərazisində indiyədək  baş vermiş bütün ictimai-siyasi, hərbi faciələrin əsl səbəbkarı Qorbaçov özüdür. Hakimiyyətə gəldiyi ilk anlardan etibarən onun apardığı müəmmalı siyasətin nəticəsində SSRİ-nin tərkibində yaşamış bütün xalqlar, o cümlədən rus xalqı da böyük bəlalarla qarşılaşdı”.
 
Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Moderator.az-a açıqlamasında keçmiş SSRİ-nin sonuncu lideri olmuş Mixail Qorbaçovun bu günlərdə 1980-ci illərin sonundan qondarılan Qarabağ  münaqişəsi, eləcə də 30 il öncə - 1991-ci ilin avqustunda Rusiyada baş vermiş müəmmalı “QKÇP” olayı ilə bağlı söylədiyi fikirlərə münasibətini bildirən  Azərbaycanın birinci Prezidenti Ayaz Mütəllibov  ifadə edib.
 
Sovet dövrünün sonlarında və  müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizin dövlət başçısı  olmuş həmsöhbətimiz M.Qorbaçovun 20 Yanvar fasiəsi və Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın işğal edilməsindəki günah və cinayətlərini inkar etməsinə də toxunub.
 
“Qorbaçovun xalqımızın başına gətirdiyi müsibətləri sadalamaqla bitməz. 20 Yanvar qətliamı,  Qarabağ müharibəsinin alovlanması, torpaqlarımızın  işğalının başlanması və digər faciələr məhz onun xeyir-duası və müəyyən dünya gücləri qarşısında götürdüyü öhdəliklərin nəticəsində baş verib. Sonradan bu işi Rusiya prezidenti kimi Boris Yeltsin davam etdirdi... 
Son müsahibələrinin birində Qorbaçov and içir ki, 1989-cu ilin aprelində sovet ordusuna  Tbilisidə  qan tökmək əmrini mən verməmişəm və çox əzab çəkirəm. Ağ yalan deyir. Qorbaçov  keçmiş sovet respublikaları haqdakı  bütün əmrləri özü bilavasitə verib. Bəs Bakıda, Qarabağda tökülən qanların əmrini kim vermişdi? Buna görə niyə vicdan əzabı çəkmir? Törətdiyi haqsızlıqlara  görə hesabat verəcəyi günə çox az qalıb!” – deyə eks-prezident bildirib.
    
“İndi də ara-sıra müsahibələri ilə məsuliyyəti başqalarının üzərinə atmaqla özünü təmizə çıxartmaq niyyəti güdür. SSRİ kimi nəhəng bir dövlətin dağilmasında, “QKÇP”-nin baş verməsində birbaşa Qorbaçov özü  təqsirkardır. Hətta bu hadisələrin baş verməsinin əsl səbəblərinin onunla Yeltsin arasındakı intriqaların, oyunların nəticəsi olduğunu desək, yanılmarıq.
 
SSRİ-nin dağılması və xalqların bəlalarla üzləşməsi prosesinin təməli hələ Qorbaçovun hakimiyyətinin ilk illərində Qarabağdakı erməni separatizmini dəstəkləməsi, onlara havadarlıq etdiyi dövrdə qoyuldu. Buradan da zəncirvari proses bütün Sovet İttifaqını bürüdü.  İndi  də deyir ki, təqsirkar  Belovejsk sazişini imzalamış 3 slavyan respublikasının rəhbərliyidir. Başdan-ayağa yalandır, böhtandır. Bu məsələnin, o cümlədən “QKÇP”-nin arxasında məhz Qorbaçovla Yeltsin dururdu. Planlı şəkildə həyata keşirilmiş hadisədir. Bu barədə çox danışılıb, çox müsahibələr verilib” –deyə Ayaz Mütəllibov vurğulayıb.


Xəbəri paylaş

1298 dəfə oxunub.

Digər xəbərlər