Saytımızı qiymətləndirin


 
 

Paşinyan Rusiyanı seçdi
Tarix: 20-08-2021 | Saat: 15:21
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Soçi şəhərinə getməyə hazırlaşır.

 

Qarabaginfo.az erməni mediasına istinadən xəbər verir ki, Paşinyan avqustun 26-da ailəsi ilə birlikdə Soçiyə istirahətə yollanacaq. Onun neçə gün Rusiyada olacağı hələlik bilinmir. 

 

Nikolun istirahət üçün niyə məhz Rusiyanı seçməsi sosial şəbəkələrin erməni seqmentində geniş müzakirələrə səbəb olub.

 

Erməni ekspertlər və müxalif fəallar hesab edirlər ki, baş nazir Rusiya ilə münasibətləri normallaşdırmaq və Moskvaya yaxın olduğunu nümayiş etdirmək üçün belə bir addımı atmaq qərarına gəlib.

 

Ermənistanda SOROS-un adamı kimi tanınan Paşinyanın istirahət üçün Qərb ölkələrini yox, məhz Rusiyanı seçməsi səbəbsiz deyil. Görünür, Nikol bununla Kremlin etibarını qazanmağı və beləliklə, hansısa planının həyata keçirilməsini hədəfləyir. 



Xəbəri paylaş

313 dəfə oxunub.

Digər xəbərlər
15-11-2021, 10:04 Bu gündən istilik verilir