Saytımızı qiymətləndirin


 
 

"Azərbaycana da təsiri azalıb, Rusiya Qafqazdan tədricən çıxır" - İskandaryan
Tarix: 19-08-2021 | Saat: 20:42
Bölmə:Karusel / Siyasət | çapa göndər

facebook sharing buttontwitter sharing buttonodnoklassniki sharing buttonvk sharing button“Azərbaycana da təsiri azalıb, Rusiya Qafqazdan tədricən çıxır” – İskandaryanwhatsapp sharing button
email sharing button

“Əslində Rusiyanın Qafqazla bağlı heç bir şeyi yoxdur, lakin bəzi mexanizmlər işləyir”.

Qarabaginfo.az xəbər verir ki, politoloq Aleksandr İskandaryan belə hesab edir.

Onun sözlərinə görə, rus xalqı imperiya xalqı olaraq formalaşsa da, gənc nəsil üçün bu hisslər artıq sönməkdədir. Politoloq doğru olaraq vurğulayır ki, Rusiya artıq qlobal bir ölkə olaraq çəkisini itirir.

Hazırda Rusiya daha çox regional bir dövlətdir və buna keçid mərhələsi sürətlə baş verir.

Siyasi analitikin gəldiyi qənaət belədir ki, Putin Rusiyası ətrafındakı boşluğu maraqları ətrafında dərk edir.

Politoloq hesab edir ki, Rusiyanın Qafqazda rolu artmır, əksinə azalır. Məsələn, 2008-ci il müharibəsi Abxaziya və Cənubi Osetiyanı qazandırsa da, nəticə də regionun mühüm ölkəsi olan Gürcüstanı itirdi. Eyni şey Ukraynada da baş verdi. İkinci Qarabağ Müharibəsindən sonra Rusiyanın Azərbaycana da təsir imkanları xeyli azalıb. Bunu açıq-aşkar hiss etmək olar.

“SSRİ -nin artıq tarix olduğunu və “buna niyə ehtiyacımız var?”, – deyə düşünməyə başlayan böyük bir nəsil yetişir Rusiyada”, – Aleksandr İskandaryan fikrini yekunlaşdırıb.(KONKRET.az)



Xəbəri paylaş

1302 dəfə oxunub.

Digər xəbərlər