Tarix: 19-08-2021 | Saat: 14:24
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Telegram" kanallarından biri Azərbaycanın azad edilmiş ərazilərində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlılarından birinin yazıya aldığı müşahidələrini yayımlayıb.
Qarabaginfo.az-ın məlumatına görə, paylaşımda Rusiya sülhməramlısı ermənilərin onlara münasibətindən və Azərbaycanın qələbəsindən sonra yaranmış vəziyyətə olan baxışından bəhs edib. Sülhməramlı bildirir ki, ermənilərin bir hissəsi onları məğlubiyyətə görə ittiham edir, digər bir hissəsi isə məsələyə fərqli yanaşır:
"Yerli sakinlər haqqında bir şey deyə bilərəm - onlar ermənilərdir ... Biz isə onlar üçün çox yaxşı gəlir mənbəyiyik. Onların yaşayış səviyyəsi aşağıdır. Bizim postların yanında, mağazalar dərhal açılır. Ermənistan tərəfində müharibəyə qarışmadığımız üçün onlara xəyanət etdiyimizi düşünənlər var ".
Ermənilərin törətdiyi təxribatlara da toxunan sülhməramlı bildirir ki, erməni tərəfinin təxribatı göz qabağındadır.
Qeyd edək ki, sülhməramlının müşahidələrinin "telegramda" kanalında yayılması qızğın müzakirələrə səbəb olub.
(Trend)
Digər xəbərlər