Tarix: 18-08-2021 | Saat: 11:44
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xalq artisti Naibə Allahverdiyeva Əfqanıstandan olan bir uşağı övladlığa götürmək istəyib.
Qarabaginfo.az xəbər verir ki, bu haqda aktrisa özü məlumat verib. O bildirib ki, bunu necə edəcəyi ilə bağlı məlumatsızdır.
“Çox istərdim əfqan uşaqlardan birini himayəmə götürüm, anası olum. Amma hara müraciət edəcəyimi bilmirəm” deyə, Allahverdiyeva qeyd edib.
Maraqlısı odur ki, sənətkarın bu sözləri tənqidlə qarşılanıb. Sosial şəbəkə istifadəçiləri ona Azərbaycanda uşaq evindən kimsəsiz uşaq götürməsini yazıblar.
Aktrisa tənqidlərə “Bizim uşaq evində olanlar dövlət himayəsindədir. Onlar isə dövlətsiz, sahibsizdilər. Qəlbində imanı, mərhəməti olan məni başa düşər. Onlardan bir uşağı himayəyə götürmək onun həyatını xilas etmək deməkdir. O uşaqları qul kimi satırlar, öldürürlər”, - cavabını verib.
Digər xəbərlər