Tarix: 21-05-2024 | Saat: 11:41
Bölmə:Karusel / Gündəm | çapa göndər
Ölkə prezidenti İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğramasında İran hakimiyyətinin özü günahkardır.
Qarabaqinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.
Onun sözlərinə görə, Tehran pis hava şəraitində 45 illik Amerika istehsalı olan helikopterdən istifadə edib.
Millerin sözlərinə görə, prezidentin ölümündə Tehran məsuliyyət daşıyır.
O, həmçinin əlavə edib ki, ABŞ İslam Respublikası hakimiyyətinin istifadə etdiyi İran təyyarələrinə qarşı sanksiya rejimini saxlayacaq.
Miller bəyan edib ki, İran hökuməti hava donanmasından "terrorçuluğa dəstək məqsədilə" nəqliyyat vasitəsi üçün istifadə edir.
İran prezidenti İbrahim Rəisinin vəfatı ilə bağlı ABŞ-ın rəsmi başsağlığına münasibət bildirən Miller əlavə edib ki, bu başsağlığı Vaşinqtonun İran hakimiyyətinə fundamental münasibətini dəyişmir.
Bundan əvvəl İranın keçmiş xarici işlər naziri Cavad Zərif ABŞ-ı İran prezidenti İbrahim Rəisinin ölümündə ittiham etmişdi. O bildirmişdi ki, ABŞ-ın tətbiq etdiyi embarqoya görə İranda yaxşı vəziyyətdə olmayan təyyarələr və helikopterlərdən istifadə etmək məcburiyyətində qalırlar.
Mayın 19-da İranın Şərqi Azərbaycan əyalətində prezidenti daşıyan helikopter qəzaya uğrayıb. Qəza nəticəsinə dövlət başçısı İbrahim Rəisi ilə yanaşı, helikopterdə olan xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati, Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı, Prezident qvardiyasının rəhbəri Mehdi Musəvi də həyatını itirib.
Digər xəbərlər