Dünən Əfqanıstan hərbi çevrilişin yekunlaşması, Talibanın hakimiyyətə tam şəkildə yiyələnməsindən sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı(KTMT) hərəkətə keçib.

Qarabaginfo.az  xəbər verir ki, bu gün KTMT-nin Əfqanıstanla sərhəddə hərbi təlimlərə hazırlaşması məlum olub. Bununla bağlı açıqlama verən qurumun baş katibi Stanislav Zas bildirib ki, artıq yaxın aylarda Tacikistan-Əfqanıstan sərhədi yaxınlığında baş tutacaq genişmiqyaslı təlimlərə hazırlıq işlərinə start verilib.

"Önümüzdəki aylarda Tacikistan-Əfqanıstan sərhədi yaxınlığında keçiriləcək KTMT Kollektiv Qüvvələrinin təlimləri üçün birbaşa hazırlıqlara başlanılıb",- Zas söyləyib.