Saytımızı qiymətləndirin


 
 

"Reanimasiyalarda "Delta"ya yoluxan körpələr var" - SOS
Tarix: 16-08-2021 | Saat: 14:12
Bölmə:Karusel / Gündəm | çapa göndər



“Koronavirusla bağlı insanlar arxayınlaşmamalıdır, çünki hazırda daha yoluxdurucu olan “Delta” ştammı yayılır”.

Bu sözləri Lent.az-ın suallarını cavablayan 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının pediatr-infeksionisti Aytən Ziyadova deyib.

O bildirib ki, insanların rahat olması yoluxma sayının günbəgün artmasına, kütləviləşməsinə səbəb olur:

“Sözügedən ştammın yoluxduruculuq qabiliyyətinin çox olması uşaqların da daha çox yoluxması ilə nəticələnir. Pasiyentlərim arasında koronavirusa yoluxan uşaqların yaş aralıqları müxtəlifdir. Onlar arasında 14 günlük, 1, 2 aylıq körpələr də var. 

Hazırda riskli qrupa daxil olanlar 1 yaşdan aşağılardır. Körpələrin hamısında ağırlaşma halları olmasa da, onlar arasında reanimasiyada olanlar da var. Reanimasiyada olanların çoxu isə 1 yaş altında olanlardır. Buna görə də çox diqqətli olmalıyıq”. 

A.Ziyadova qeyd edib ki, uşaqlarda 3 yaşadək immun sistemi formalaşdığı üçün müxtəlif növ viruslara yoluxma halları daha çox olur:

“Viruslar həmişə olub və olacaq da. Koronavirus isə digər viruslara oxşar əlamətlərlə görülür. Bunu ayırd etmək üçün isə uşağın kimlərlə əlaqədə olması, evdə ondan başqa kiminsə hərarətinin olub-olmaması, koronavirus xəstəsi ilə əlaqədə olması və s. nəzərə alınmalıdır. Ümumilikdə, sözügedən vəziyyətdə həkim baxışının olması tövsiyə edilir”.

Pediatr-infeksionist son olaraq valideynlərə müraciət də edib:

“Koronavirusdan qorunmaq üçün gigiyenik qaydalara əməl edilməli, sosial məsafə saxlanılmalıdır. Bunlardan ən başlıcası isə valideynlərin də peyvəndləməyə qoşulmasıdır. Valideynlər peyvənd elətdirərək həm də övladlarını yayılmaqda olan “Delta” ştammından qorumuş olacaqlar”.

 



Xəbəri paylaş

323 dəfə oxunub.

Digər xəbərlər
22-05-2024, 00:10 Unun qiyməti qalxdı