Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda saxta COVID-19 pasportu verən həkimlərin diplomunun ləğvi təklif olunur
Tarix: 13-08-2021 | Saat: 15:01
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Azərbaycanda saxta COVID-19 pasportu verən həkimlərin diplomunun ləğvi təklif olunur

Bəzən sosial şəbəkələrdə vətəndaşların müxtəlif yollarla saxta COVID-19 pasportu əldə etmələri ilə bağlı iddialar səsləndirilir.

Belə halların olması isə bir tərəfdən yoluxma hallarının artması, digər tərəfdənsə dövlətin bu sahəyə ayırdığı pulların havaya sovrulması deməkdir. Vətəndaşları saxta pasport əldə etməkdən necə çəkindirmək olar? Bu kimi halların aradan qaldırılması üçün hansı işlər görülməlidir?

 

Qarabaginfo.az xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Rəşad Mahmudov "Report"a açıqlamasında deyib ki, saxta koronavirus pasportunun verilməsi Azərbaycanda pandemiyası ilə mübarizədə görülən işlərə vurulan ən böyük zərbədir.

 

O hesab edir ki, saxta peyvənd pasportu verən tibb işcilərinin cəzası birmənalı şəkildə çox ağır olmalıdır: "Ən yaxşı halda isə həmin tibb işçilərinin diplomlarının ləğv edilməsi gündəmə gətirilməlidir".

 

Deputat Azərbaycanda peyvəndləmə prosesinin dünya ölkələrinə nisbətən qənaətbəxş, təqdirəlayiq olduğunu da vurğulayıb: "Amma bu hələ də bizim təhlükəsizliyimiz üçün arzuolunan, cəmiyyətin 75 faizinin iki dəfə vaksinlənmə dəyərindən çox aşağıdır. Üçüncü doza rəqəmlərini nəzərə almasaq, ölkəmizdə 15 milyon peyvənd istifadə olunduqdan sonra nisbətən rahat nəfəs alacağımız güman olunur".



Xəbəri paylaş

325 dəfə oxunub.

Digər xəbərlər
20-03-2022, 00:05 Bu gün Novruz bayramıdır