Yunanıstanın Milos adası yaxınlığında turist gəmisi batıb.
Qarabaginfo.az-ın məlumatına görə, qəzaya uğrayan gəmidə 18 nəfər olub. Hazırda bölgədə axtarış-xilasetmə işləri davam edir.
Hadisə yerinə üç patrul kateri, Yunanıstan Hərbi-Dəniz Qüvvələrinin gəmisi və helikopter cəlb olunub.
Güclü külək axtarış işlərinə mane olur.
İlkin məlumatlara əsasən, gəmi Böyük Britaniya bayrağı altında üzürdü.