Saytımızı qiymətləndirin


 
 

PSJ yaxın saatlarda Messinin keçidini açıqlaya bilər
Tarix: 09-08-2021 | Saat: 14:46
Bölmə:Karusel / Gündəm / İdman | çapa göndər

 

PSJ yaxın saatlarda Messinin keçidini açıqlaya bilər

Fransanın PSJ klubu yaxın bir neçə saat ərzində İspaniya "Barselona"sından ayrılan Lionel Messinin transferini açıqlaya bilər.

Qarabaginfo.az-ın məlumatına görə, bu barədə "Canal+"in jurnalisti Olivye Tallaron bildirib.

Paris təmsilçisi 33 yaşlı hücumçunun təqdimatı zamanı Eyfel qülləsindən istifadə etməyəcək.

Qeyd edək ki, Messi 2003-cü ildən "Barselona"da çıxış edirdi. O, bu komandanın heyətində 10 dəfə İspaniya çempionu olub, yeddi dəfə ölkə kubokunu, səkkiz dəfə isə superkuboku qazanıb. Dörd dəfə Çempionlar Liqasının qalibi olan təcrübəli hücumçu üç dəfə UEFA Super Kubokunda və klublararası dünya çempionatında qələbə sevinci yaşayıb.

Messi ötən mövsüm İspaniya La Liqasında 35 matçda iştirak edərək, 30 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun hesabında Çempionlar Liqasının 6 oyununda 5 qol və 2 məhsuldar ötürmə var.



Xəbəri paylaş

265 dəfə oxunub.

Digər xəbərlər
1-01-2021, 13:09 Tarixi dövlət büdcəsi