Saytımızı qiymətləndirin


 
 

Kəlbəcərə icazəsiz keçməyə cəhd edən iki qardaş saxlanılıb
Tarix: 05-08-2021 | Saat: 10:48
Bölmə:Karusel / Gündəm | çapa göndər

Kəlbəcərə icazəsiz keçməyə cəhd edən iki qardaş saxlanılıb

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazə olmadan, nəzarət postlarından kənar yolarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, avqustun 2-də Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən İsa və Habil Balaxanov qardaşlarını saxlayıb.

Onlar polis şöbəsinə dəvət olunub, profilaktiki söhbətlər aparılaraq mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq ediliblər.

Həmin şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.



Xəbəri paylaş

309 dəfə oxunub.

Digər xəbərlər