Saytımızı qiymətləndirin


 
 

"Azərikimya"nın Müşahidə Şurasına yeni sədr təyin olunub
Tarix: 01-05-2018 | Saat: 17:03
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

azerikimya nin musahide surasina yeni sedr teyin olunub

SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasına yeni sədr təyin olunub.

 

"Qarabaginfo“ "APA-Economics”ə istinadən xəbər verir ki, İstehsalat Birliyinin Müşahidə Şurasının yeni sədri vəzifəsinə İmran Yaqub oğlu Arzumanzadə seçilib.

 

Məlumata görə, bu gün keçirilən iclasda SOCAR prezidenti Rövnəq Abdullayev, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, SOCAR vitse-prezidentləri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iştirak ediblər.

 

Qeyd edək ki, İ. Arzumanzadə 19 sentyabr 1965-ci ildə Bakı şəhərində, ziyalı ailəsində anadan olub. Burada 247 saylı orta məktəbdə, daha sonra isə Azərbaycan İnşaat İnstitutunda təhsil alıb. O, İnstitutda körpülər və tunellər istiqaməti üzrə inşaat mühəndisi ixtisasına yiyələnib. 1983-1985-ci illərdə ordu sıralarında hərbi xidmətdə olub. Ordudan qayıtdıqdan sonra əmək fəaliyyətinə başlayıb. 1985-1990-cı illərdə “Azərittifaq” Reklam-İstehsalat kombinatında çilingər, daha sonra inşaat ustası, 1990-1993-cü illərdə “Azəryol” Elmi-istehsalat müəssisəsində mühəndis, 1993-1995-ci illərdə “Azərbaqroimpeks” xarici-iqtisadi assosiasiyasında baş mütəxəssis, daha sonra Təchizatın təşkili şöbəsinin müdiri vəzifələrində işləyib. 2003-2006-cı illərdə Moskva Dövlət Açıq Universitetində hüquqşünas ixtisası üzrə ikinci ali təhsilini alıb. Burada təhsilini bitirdikdən sonra, 2006-2010-cu illərdə SOCAR-ın Heydər Əliyev adına Bakı Neft Emalı zavodunda şöbə rəisi, daha sonra direktorun nəqliyyat və satış üzrə müavini vəzifələrində işləyib. 2010-cu ildən bu günə kimi isə SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində icraçı direktorun satış və satınalmalar üzrə müavini vəzifəsində çalışıb. O, 2015-ci ildə Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə  ölkə başçısı tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib.

 

Xatırladaq ki, bundan əvvəl "Azərikimya"nın Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev olub. Azərbaycan prezidenti  İlham Əliyevin aprelin 23-də imzaladığı sərəncamı ilə M.Babayev ekologiya və təbii sərvətlər naziri təyin olunub.



Xəbəri paylaş

641 dəfə oxunub.

Digər xəbərlər