Saytımızı qiymətləndirin


 
 

“Azərsu”yun stansiya rəisi cərimələnib
Tarix: 04-08-2021 | Saat: 14:40
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

“Azərsu”yun stansiya rəisi cərimələnib

İyulun 31-i saat 23:00 radələrində “Azərsu” ASC-yə məxsus Hövsan Aerasiya Stansiyasının ərazisində yanğın baş veribvə yanğınla əlaqədar yerində araşdırma aparılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə məlumat yayıb.

Qeyd olunub ki, araşdırma zamanı sözügedən ərazidə (200 kv.metr sahədə) 3 500 ədədə yaxın istifadəyə yararsız olduğu bildirilən su sayğacının utilizasiya məqsədilə saxlandığı və yanğın nəticəsində onların bir hissəsinin tamamilə yanaraq məhv olduğu, digər hissəsinin isə torpağa basdırıldığı müəyyən olunub.

Həmçinin araşdırma zamanı məlum olub ki, yanğın baş verən ərazidə yaşayan əhalinin səhhətində problemlər yaranıb və bu da haqlı narazılığa səbəb olub. Aparılan ölçmələr zamanı müəyyən olub ki, yanma prosesi zamanı ətraf mühitə 2.192 manat məbləğində ziyan dəyib.

Faktla əlaqədar inzibati qaydada akt tərtib olunub və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə görə Stansiyanın rəisi Əbil Əbilov vəzifəli şəxs qismində 3 000 manat cərimə olunub.

Digər xüsusatlarla bağlı araşdırma davam etdirilir.



Xəbəri paylaş

432 dəfə oxunub.

Digər xəbərlər