Saytımızı qiymətləndirin


 
 

Prezident Flora Kərimovaya Ordenlə təltif etdi - SƏRƏNCAM
Tarix: 31-07-2021 | Saat: 15:51
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər

Azərbaycan Prezidenti İlham Əliyev Flora Kərimovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Qarabaginfo.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Flora Ələkbər qızı Kərimova “Şərəf” ordeni ilə təltif edilib.

Dövlət başçısının imzaladığı digər sərəncama əsasən, Azərbaycan musiqi sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Flora Ələkbər qızı Kərimovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.



Xəbəri paylaş

1293 dəfə oxunub.

Digər xəbərlər