Saytımızı qiymətləndirin


 
 

Xidməti müqavilə ilə çalışan jurnalistlər də ipoteka ilə ev ALA BİLƏCƏK
Tarix: 10-02-2022 | Saat: 11:23
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Jurnalistlərin güzəştli ipotekadan istifadə imkanları məhz onların mənzil problemlərinin həlli baxımından vacibdir”.

 

Qarabaginfo.az-ın xəbərinə görə, bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Vüqar Bayramov “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişikliyi şərh edərkən bildirib.

 

Onun sözlərinə görə, güzəştli ipoteka aşağı faizlə təklif olunan ipoteka kreditləri və dövlət büdcəsi hesabına maliyyələşdirilir:

 

“Bu baxımdan təbii ki, jurnalistlərin də bu imkandan faydalanması, həm də bütövlükdə sosial təminatının gücləndirilməsi baxımından vacib hesab olunur. Eyni zamanda, güzəştli ipoteka 4 faizlə, bütövlükdə 100. 000 manat maksimum məbləğ olmaq şərti ilə, adi ipoteka, eləcə də digər daxili ipoteka kreditinə nisbətən daha az ilkin ödəniş məbləği ilə təklif olunub.

 

Ümumilikdə 2022-ci ildə dövlət büdcəsindən ipoteka kreditlərinin verilməsinə ayrılan vəsait 20 faiz artırılacaq. Bu da jurnalistlərin daha çox kredit əldə etmək imkanına sahib olacaqları deməkdir”.

 

Deputat jurnalistlərin bir qisminin əmək müqaviləsi ilə deyil, xidməti müqavilə ilə çalışdıqlarına da diqqət çəkib:

 

 

“Qanunvericilik xidməti müqavilə ilə çalışan vətəndaşlara ipotekaya müraciət etmə hüququ verir. Ona görə xidmət müqaviləsi ilə çalışan vətəndaşlarımız da ipoteka kreditləşməsinə müraciət edir.

 

Təbii ki, bəzi jurnalistlərin orta aylıq əməkhaqqı yüksək deyil. Hətta xidməti müqavilə ilə çalışdığı halda qonararı yüksək olmayan jurnalistlər var. Mövcud qanunvericiliyə əsasən həmin jurnalistlər ailəvi borclanma edə bilərlər. Yəni, öz ailə üzvləri ilə birgə müraciət edib, kredit götürüb mənzil ala biləcəklər”.

V.Bayarmov bildirib ki, mövcud qanunvericiliyin, eyni zamanda da kreditləşmə ilə bağlı qaydaların yaratdığı imkanlardan faydalanmaq mümkündür:

 

“Çünki güzəştli ipoteka kreditləri mənzil probleminin həlli baxımından vacibdir. Xüsusən də nəzərə alsaq ki, jurnalistlər üçün də mənzil problemlərinin həlli indiki halda priaritet məsələlərdəndir”.



Xəbəri paylaş

314 dəfə oxunub.

Digər xəbərlər