Saytımızı qiymətləndirin


 
 

Peyvənd olunmayan şəxslərin pensiyası kəsiləcək? - Deputatlardan sərt açıqlama
Tarix: 30-07-2021 | Saat: 14:57
Bölmə:Karusel / Sosial | çapa göndər

Peyvənd olunmayan şəxslərin pensiyası kəsiləcək? - Deputatlardan sərt açıqlama

Son günlər sosial şəbəkələrdə peyvənd olunmayan yaşlı insanların pensiyalarının kəsiləcəyilə bağlı müzakirələr aparılır.

Maraqlıdır, görəsən peyvənd olunmayan qocaların pensiyaları kəsilə bilərmi? Belə bir ehtimal varmı?

Qarabaginfo.az xəbər verir ki, Milli Məclisin Əmək  və Sosial Siyasət Komitəsinin üzvü Aqil Məmmədov Yenisabah.az-a açıqlamasında peyvəndləmənin ciddiliyini nəzərə alaraq, əhalinin bu işdə daha fəal iştirak etməli olduğunu deyib: 

“İnsanlar peyvəndləmə prosesində bir növ təbliğatçı olmalıdırlar. Çünki son günlər yoluxmanın sayında artım müşahidə olunur. Bu da cəmiyyətimiz üçün riskdir. Bunların hamısının qarşısını almaq, ciddi problemlərlə üzləşməmək üçün peyvəndlənmə kampaniyasında hər bir kəs fəal olmalıdır”.

Deputat peyvədlənməyin şəxslərin əmək haqqı və pensiyalarının kəilməsi ilə bağlı rəsmi qərarın olmadığını deyib:

“Bu məsələ ilə bağlı heç bir rəsmi məlumat yoxdur. Sadəcə peyvəndlənməyən şəxslərin müəyyən yerlərə getməsi ilə bağlı qadağalar qoyula bilər.Toy mərasimlərində və digər tədbirlərdə işirakları mümkün olmayacaq”.

A.Məmmədov peyvəndlənmənin könüllü bir proses olduğunu qeyd edib:

“Peyvəndlənmə könüllü həyata keçirilən prosesdir. Hər hansı bir şəxsin peyvəndlənmədiyinə görə işdən çıxarılmaqla həddələnməsini eşitməmişəm. Bu qanunvericiliyə tamamilə ziddir. Hər bir kəs bu istiqamətdə cəmiyyət arasında müəyyən təbliğat aparmalıdır. Çünki bu bizim öz təhlükəsizliyimizin təmin olunmasında, övladlarımızın yoluxmasının qarşısının alınması üçün dövlətin məsləhət gördüyü tədbirlərdən biridir. Bunu başqa formada izah etmək düzgün deyil. Hər kəs bunun əhəmiyyətini başa düşməlidir. Və ona uyğun addımlar atmalıdır”.

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədr müavini, deputat Məlahət İbrahimqızı isə peyvəndlənməyə soyuqanlı, məsuliyyətsiz yanaşanlanların xalq qarşısında məsuliyyət daşımalı olduqlarını deyib:

“Pensiyaların kəsilməsi ilə bağlı hər hansı bir informasiya eşitmədiyimə görə, danışa bilmərəm. Ancaq onu deyə bilərəm ki, uşaqlar istisna olmaqla hər kəs peyvənd olunmalıdır. Mən özüm şəxsən bu gün peyvəndləndim.

Bu bizim hər birimizin borcudur. Çünki biz ətrafımızdakı insanların sağlamlığını qorumağın məsuliyyətini daşıyırıq. Pandemiya bəşəri bir problemdir. Peyvəndlənməyə soyuqanlı, məsuliyyətsiz yanaşanlar xalq qarşısında məsuliyyət daşımalıdır”.

 



Xəbəri paylaş

1341 dəfə oxunub.

Digər xəbərlər