Saytımızı qiymətləndirin


 
 

Putin: “Belarus-Polşa sərhədindəki miqrant uşaqlara yazığım gəlir”
Tarix: 18-11-2021 | Saat: 19:04
Bölmə:Karusel / Siyasət | çapa göndər

Vladimir Putin

Rusiya Prezidenti Vladimir Putin Belarus-Polşa sərhədində baş verənlərə münasibət bildirib.

Qarabaginfo.az-ın Moskva müxbirinin məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin kollegiya iclasında çıxış edən V. Putin Belarusla sərhəddə Polşa təhlükəsizlik qüvvələrinin miqrantlara, xüsusən də uşaqlara münasibətdə hərəkətlərini tənqid edib. 

“Gəlin görək Polşa təhlükəsizlik qüvvələri sərhəddə necə davranır. Hər şeyi görürsünüz, internetdə və televiziyada baxırsınız. Orada balaca uşaqlar var. Uşaqlara yazığım gəlir. Amma yox, su səpirlər, gözyaşardıcı qaz bombası atırlar”, - V. Putin vurğulayıb.

Rusiya Prezidentinin sözlərinə görə, Qərb ölkələri miqrasiya böhranından Belarusa təzyiq göstərmək və yeni gərginlik yaratmaq üçün istifadə edirlər: “Bununla belə, onlar humanitar sahədə öhdəliklərini unudurlar”.



Xəbəri paylaş

1275 dəfə oxunub.

Digər xəbərlər