Tarix: 24-04-2018 | Saat: 10:33
Bölmə:Karusel / Gündəm | çapa göndər
Yüksək vəzifəyə təyin olunan deputatl
Aprelin 21-də Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib.
"Qarabaginfo" “Qafqazinfo” xəbər verir ki, hökumətin yeni tərkibində artıq parlamentin 4 üzvü də iştirak edir. Onlar Qaçqınların və Məcburi Köçünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Diasporlarla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Ekologiya və təbii sərvətlər naziri Muxtar babayev.
Bildirək ki, son təyinatlarla birgə artıq Milli Məclisdə 6 deputat yeri boş qalıb.
Belə ki, bundan əvvəl Mehriban Əliyeva birinci vitse-prezident təyin edilməsi, Astan Şahverdiyev isə vəfat etməsi ilə əlaqədar mandatları ləğv olunub.
Beləliklə, hazırda Milli Məclisdə 119 parlamentari təmsil olunur.
Qeyd edək ki, prezident seçkilərinin təyin olunmasından sonra parlament seçkilərinin vaxtının da 2019- cu ilə dəyişdiriləcəyi ilə bağlı deputatlar tərəfindən bir sıra fikirlər səsləndirilirdi. Hazırda 6 deputat yerinin boşalması da bu fikirləri labüd edir.
Digər xəbərlər