Saytımızı qiymətləndirin


 
 

“Vətəni yaşadanlar!” sənədli filminin təqdimatı baş tutub
Tarix: 24-07-2021 | Saat: 17:37
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər

“Vətəni yaşadanlar!” sənədli filminin təqdimatı baş tutub

İyulun 24-də Zaqatala rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və “İnnovasiyaya Doğru” Gənclərə Dəstək İctimai Birliyinin sifarişi ilə çəkilmiş, 44 günlük Vətən Müharibəsi zamanı Zaqatala rayonundan Şəhidlik zirvəsinə yüksəlmiş Müzəffər Ordumuzun əsgər və zabitlərinin əziz xatirəsinə həsr olunmuş “Vətəni yaşadanlar!” sənədli filminin təqdimatı keçirilib.

 

Filmin təqdimatında Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Zaqatala RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov,  Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbə müdiri İlqar Vəliyev, İctimai Televiziyanin əməkdaşı, filmin rejisoru Elmar Orucov, şəhid ailələri, Zaqatala rayonu ictimaiyyəti və KİV nümayəndələri iştirak edib.

Təqdimat I və II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış həmvətənlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Çıxışlar zamanı Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevin müvafiq göstərişi ilə 27 sentyabr tarixində düşmən təxribatının qarşısı alınaraq əks hücum əməliyyatı ilə başlanılan və tarixlərə qəhrəmanlıq səlnaməsi kimi qeyd olunacaq 44 günlük zəfər yürüşündə torpaqlarımızın azadlığı, Vətənimizin ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi qeyd edilib.

Rəşadətli ordumuzun hər bir hərbi qulluqçusuna göstərilən qayğı və diqqətin təzahürüdür ki, bir sıra hərbi qulluqçulara müvafiq sərəncamla orden, medal və fəxri adlar verilob, xalqımız tərəfindən əbədiləşdirilməsi üçün 27 sentyabr tarixi “Anım günü” və 8 noyabr tarixi “Zəfər günü” təsis edilib, müvafiq fərmanla şəhid və qazi ailələrinə yardım məqsədilə “Yaşat” fondu yaradılıb.

 

Vətən Müharibəsi zamanı ölkəmizin suverenliyinin daha da möhkəmlənməsi və ərazi bütövlüyü uğrunda 2907 nəfər bacı və qardaşlarımızın şəhid olması, şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi və eyni zamanda Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinin dövlət tərəfindən daim nəzarətdə saxlanıldığı vurğulanıb.

Mənfur düşmən tapdağında olan əzəli torpaqlarımızı azad etmək hər bir azərbaycanlının ən vacib vəzifəsi, arzusu və məqsədi olduğu bilditilib və Vətən müharibəsi dövründə xalqımızın dəmir yumruq olaraq ön və arxa cəbhədə igidliklə mübarizə apardığı vurğulanıb. Daha sonra “Vətəni yaşadanlar” filminin təqdimatı olub, şəhid ailələrinə filmin surətləri təqdim edilib, çay süfrəsi ətrafında söhbət aparılıb, xatirə fotosu çəkilib.

 



Xəbəri paylaş

436 dəfə oxunub.

Digər xəbərlər