Saytımızı qiymətləndirin


 
 

Ermənistan ordusunun təlim mərkəzində PARTLAYIŞ OLDU
Tarix: 21-07-2021 | Saat: 14:10
Bölmə:Karusel / Region | çapa göndər

 

Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birinin təlim mərkəzində partlayış baş verib.

 Qarabaginfo.az bu ölkənin KİV-lərinə istinadla xəbər verir ki, yayılan məlumatlarda təlim meydançasında şəxsi heyətlə məşğələ zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində güclü partlayışın baş verdiyi bildirilir. Nəticədə hərbi hissəyə məxsus müxtəlif təyinatlı ləvazimatlar məhv olub və iki obyektə xeyli ziyan dəyib.

Xəsarət alanlar barədə məlumat gizlədilsə də, alovun yayılmasının qarşısının alınması məqsədilə hadisə yerinə bir neçə yanğınsöndürmə briqadasının cəlb olunduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. Hadisə ilə əlaqədar Ermənistan ordusunun iki hərbi qulluqçusu həbs edilib.



Xəbəri paylaş

1306 dəfə oxunub.

Digər xəbərlər
11-12-2021, 11:58 Deputatlar Avstriyaya gedir
2-02-2019, 11:35 Bürclər- 2 fevral