“Wi-Fi” şəbəkənizə mane ola biləcək 6 səbəb - ARAŞDIRMA
Tarix: 18-07-2021 | Saat: 07:40
Bölmə:Karusel / Multimedia | çapa göndər
1451 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 18-07-2021 | Saat: 07:40
Bölmə:Karusel / Multimedia | çapa göndər
Əgər qapalı şəraitdə, məsələn, evdə kabelsiz internet xidmətindən - "Wi-Fi"-dan istifadə edirsinizsə və müəyyən maneələr internetdən keyfiyyətlə istifadə etməyinizə imkan vermirsə, bunun ən az 6 səbəbi var. Ekspertlərin hesablamalarına görə, "Wi-Fi" şəbəkəsində internetin sürətinin ortalama olaraq 30 faizi itkiyə gedir.
İndi bu itkiyə səbəb olan 6 amili birlikdə nəzərdən keçirək:
1) Qonşularınızın istifadə etdiyi "Wi-Fi" şəbəkələri sizin şəbəkənizə mane ola bilər. Bunun səbəbi ondan ibarətdir ki, bu gün istifadə olunan "Wi-Fi"-ların əksəriyyəti 2,4 GHz kanalında çalışır. Bu kanal üç zolaqdan ibarətdir və zolaqların bir-birinə mane olması mümkündür. Mütəxəssislər daha geniş zolaqlı kanallardan istifadə etməyi məsləhət görürlər.
2) Evinizdəki elektron məişət əşyaları da "Wi-Fi"-a mane ola bilir. Məsələn, mikrodalğalı sobaların və ya kabelsiz telefonların bir çoxu da 2,4 GHz kanalında çalışır ki, bu da yeri gələndə "Wi-Fi"-a əngəl törədə bilir.
3) "Wi-Fi"-a mane ola bilən üçüncü amil blutus (bluetooth) cihazları ilə bağlıdır. Xüsusilə də köhnə blutus cihazlarının çalışdığı sistem "Wi-Fi"-ya mane olur.
4) İnsan bədəninin 45-75 faizi mayedən ibarət olduğu üçün bu amil də "Wi-Fi"-ın maneəsiz çalışmasına əngəl törədə bilir. Çünki su və nəmişlik "Wi-Fi" şəbəkəsinə təsir edir.
5) Rotorların (şəbəkələrarası əlaqəni təmin edən cihaz) təhlükəsizlik səviyyəsi. Keyfiyyətsiz rotorlar şəbəkələrarası əlaqəni yüksək səviyyədə təmin etməyə bilər.
6) "Wi-Fi" xidməti göstərən şirkətlərin müasir xidmət göstərməsi də önəmlidir. Qarşıya çıxa biləcək hər hansı problemi əvvəlcədən önləmək bir çox hallarda mümkün olur.(Milli.az)
Xəbəri paylaş
Digər xəbərlər
8-02-2021, 14:41
İcra başçısından korrupsiya əməliyyatı xəbəri ilə bağlı - Açıqlama
1-07-2022, 06:08
Ukraynada yaşayış binasının vurulması nəticəsində 10 nəfər ölüb
8-01-2021, 12:54
Sabah hava yağmursuz olacaq
10-02-2022, 16:27
Nömrəsiz maşın sürən şəxs cərimələnib
31-03-2018, 11:08
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb
9-12-2021, 11:20
Azərbaycanı "3+3” platformasında Xələf Xələfov təmsil edəcək
8-07-2024, 16:45
Adil Əliyev icra başçısı təyin edildi
24-01-2025, 13:16
Macarıstan Aİ-dən Ukraynanı Ukraynanı Rusiyadan Avropaya qaz tranzitini bərpa etməyə inandırmasını tələb edib
29-05-2024, 14:21
Laçın yolundakı aksiyadan ermənilərə video ötürən Fidan anlaqlıdır –20 yaşlı qıza casus ittihamı verilib /VİDEO

















