Saytımızı qiymətləndirin


 
 

BMT rəsmisi: "Pandemiya dövründə Avropada doğum səviyyəsi daha da azalıb"
Tarix: 12-07-2021 | Saat: 10:51
Bölmə:Karusel / Dünya | çapa göndər

BMT rəsmisi: Pandemiya dövründə Avropada doğum səviyyəsi daha da azalıb

Alanna Armitaj

“COVID-19 pandemiyası Avropada müvəqqəti də olsa doğum səviyyəsinin aşağı düşməsi istiqamətində tendensiyanı sürətləndirdi. Lakin aşağı doğum göstəriciləri ilə bağlı narahatlıqlar daha çox şişirdilmiş xarakter daşıyır və Avropanın üzləşdiyi demoqrafik çağırışların həllində diqqət yetirilməli olan əsl məqamlardan fikri yayındırır”.

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri BMT-nin Əhali Fondunun (UNFPA) Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional ofisinin rəhbəri Alanna Armitaj 11 iyul – Dünya Əhali Günü münasibətilə yazdığı məqaləsində bildirib.

Onun sözlərinə görə, doğum göstəricilərinə fokuslanma daha vacib nöqtəni nəzərdən qaçırır: “Əhalinin sayındakı artma və azalmalardan qayğılanmaqdansa, aşağı doğum səviyyəsinin böyük ehtimalla qalıcı olmasını anlamağımızın zamanı yetişib. Və artıq iqtisadiyyatımızı və cəmiyyətimizi demək olar ki qaçılmaz olan bu demoqrafik gələcəyə hazırlamaq üçün etməli olduqlarımızı həyata keçirməliyik”.

“Pandemiya üzündən ilk qapanmaların başlandığı vaxtdan doqquz ay sonra, 2020-ci ilin sonuna olan statistik məlumatlar bir sıra Avropa ölkələrində doğum sayında kəskin azalmaların (orta hesabla 10%-dən artıq) müşahidə olunduğunu göstərir. Pandemiya – və onun insanların reproduktiv seçimlərinə təsiri – Avropada doğum səviyyəsi artıq çox aşağı olduğu bir vaxtda baş qaldırıb. Şərqi Avropada kütləvi emiqrasiya vəziyyəti daha da kəskinləşdirir: insanlar nəinki dünyaya daha az uşaq gətirir, həmçinin daha yaxşı dolanışıq və imkanlar üçün öz doğma ölkələrini tərk edirlər. Bunun da nəticəsində əhalinin sayı azalır. Misal üçün, 1990-cı ildən etibarən təkcə Bolqarıstan və Latviya öz əhalisinin dörddə birini itirib.

COVID-19 səbəbilə uşaq doğumunda artım barədə xəbərlər bir sıra ölkələrdə narahatlıq yaratmışdır. Lakin aşağı doğum səviyyəsi və hətta əhalinin sayının azalmasından irəli gələn çağırışların həlli mövcuddur və bu, ümumi qəbul olunmuş düşüncənin əksinə olaraq iqtisadi fəlakət anlamına gəlmir. Sözügedən çağırışların həlli həmçinin innovasiyalara da yol aça bilər ki, bu da öz növbəsində ölkələri daha rifahlı gələcəyə doğru yönəldə bilər. Biz Avropanın demoqrafik problemlərinin həllinin doğum səviyyəsinin yüksəldilməsindən keçmədiyini nə qədər tez anlasaq, o qədər tez qitədə demoqrafik böhran kimi qəbul edilən bu vəziyyətin həllində həqiqətən də vacib olan məqamların üzərində diqqətimizi cəmləşdirə bilərik: burada başlıca məqam isə insanların qalmaq və yaşamaq istədiyi ölkələr yaratmaq bacarığımız olmalıdır”b - deyə Armitaj məqaləsində yazır.

Məqalənin ingilis dilində tam mətni ilə 

burada

 tanış olmaq mümkündür.



Xəbəri paylaş

1326 dəfə oxunub.

Digər xəbərlər