Saytımızı qiymətləndirin


 
 

MTRŞ-da bir sıra kabel yayımçılarının rəhbərləri ilə görüş keçirilib
Tarix: 08-07-2021 | Saat: 17:25
Bölmə:Karusel / Gündəm | çapa göndər

MTRŞ-da bir sıra kabel yayımçılarının rəhbərləri ilə görüş keçirilib


Yayım operatorları ilə silsilə tədbirlər çərçivəsində iyulun 8-də Milli Televiziya və Radio Şurasında bir sıra kabel yayımçılarının rəhbərləri ilə görüş keçirilib.

MTRŞ-dan Qarabaqinfo.az-a bildiirlib ki, Şura aparatının rəhbəri Fazil Novruzov qonaqlara yeni “Media haqqında” qanun layihəsi barədə məlumat verib, qanun layihəsində audiovizual media sahəsi ilə bağlı yenilikləri diqqətə çatdırıb.

Daha sonra Aparat rəhbəri kabel və İPTV yayımı sahəsində əqli mülkiyyət məsələləri ilə bağlı mövcud problemlərdən danııb, bu kimi məsələlərin ölkənin reytinqinə mənfi təsir göstərməsini qeyd edib. Fazil Novruzov son zamanlar media sahəsində həyata keçirilən islahatların davamı olaraq audiovizual mediada əqli mülkiyyətin qorunması tədbirlərinin gücləndirilməsinin zəruriliyini vurğulayıb.

Görüşdə həm kabel opertorlarının, həm müvafiq dövlət qurumlarının birgə səyi və daha geniş maarifləndirmə fəaliyyəti nəticəsində qısa bir zamanda bu problemləri dünya təcrübəsinə əsaslanaraq həllinin mümkünlüyü bildirilib.

Kabel operatorlarının diqqətinə çatdırıldı ki, 01 avqust 2021-ci il tarixdən etibarən Milli Televiziya və Radio Şurası xarici televiziya kanallarının retranslyasiyasına hüquq verən müvafiq müqavilə olmadan həmin kanalların operatorların yayım paketlərinə daxil edilməsinə görə kabel (həmçinin İPTV) yayımçılarına qarşı qanunvericilikdə nəzərdə tutulan tədbirləri həyata keçirəcək.

Daha sonra görüşdə yeni qanun layihəsi və əqli mülkiyyətlə bağlı kabel operatorlarının nümayəndələrinin müxtəlif sualları cavablandırılıb, yayım operatorluğu fəaliyyəti ilə əlaqədar bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.

Milli Televiziya və Radio Şurasında növbəti həftə ərzində digər kabel yayımçılarının nümayəndələri ilə də belə görüşün keçirilməsi planlaşdırılır. APA



Xəbəri paylaş

1334 dəfə oxunub.

Digər xəbərlər