Saytımızı qiymətləndirin


 
 

Merkel: “Aİ ölkələri Rusiya ilə problemləri birbaşa Moskva ilə müzakirə etməlidir”
Tarix: 28-06-2021 | Saat: 14:57
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Merkel: “Aİ ölkələri Rusiya ilə problemləri birbaşa Moskva ilə müzakirə etməlidir”

 


“Avropa İttifaqı (Aİ) ölkələri Rusiya ilə münasibətlərdəki problemləri öz aralarında deyil, birbaşa Moskva ilə müzakirə etməlidirlər”.

Qarabaginfo.az TASS-a istinadən verdiyi xəbərə görə, bunu Almaniya kansleri Angela Merkel Fransa-Almaniya Parlament Assambleyasının iclasında videoformatda çıxışı zamanı deyib.

“Mənim nöqteyi-nəzərimdən belə bir sammitdə (Aİ-Rusiya) bizi maraqlandıran və həmçinin əməkdaşlıq etmək istədiyimiz bütün məsələləri müzakirə etmək lazımdır. Düşünürəm ki, məsələləri həmişə öz aramızda yox, eyni zamanda, Rusiya Prezidenti ilə də müzakirə etməli və nəticə əldə etməyəndən sonra uğurlu əməkdaşlığın mümkün olmadığını söyləmək daha yaxşıdır. Aİ ilə Rusiya arasındakı münasibətlər həqiqətən pisdir, hətta "Soyuq müharibə" dövründə danışıqlar var idi. Rusiya ilə müzakirə etmək istədiyimiz mövzuları müəyyənləşdirmişik və hansı formatda, hansı şəraitdə danışıqların aparıla biləcəyi üzərində işlər barədə çalışırıq”, - deyə Almaniya kansleri vurğulayıb.(Apa)



Xəbəri paylaş

1311 dəfə oxunub.

Digər xəbərlər
12-03-2024, 11:26 Tokayev Füzuliyə getdi