Saytımızı qiymətləndirin


 
 

"Rus sülhməramlıları sərhəddə yerləşdirilsə, ermənilər də onların yanında olmalıdır" - Erməni kənd sədri
Tarix: 25-06-2021 | Saat: 15:45
Bölmə:Karusel / Gündəm | çapa göndər

"Rus sülhməramlıları sərhəddə yerləşdirilsə, ermənilər də onların yanında olmalıdır" - <span style="color:red">Erməni kənd sədri</span>

“Rus sərhədçiləri və ya sülhməramlıları Sünik bölgəsindəki Ermənistan-Azərbaycan sərhədində yerləşdiriləcəksə, erməni hərbçilər də onlarla birlikdə keşik çəkməlidir”.

Qarabaginfo.az-ın xəbərinə görə, bu sözləri Sünik vilayətinin Nerkin Hand kənd sədri Xaçatur Bağdasaryan deyib.

“Ordumuz onların yanında olmalıdır, əgər oğlanlarımız yanlarındadırsa, daha təhlükəsiz olacağıq, yəni təhlükəsiz yaşadığımıza dair bir zəmanət olacaq. İndi bax, otlaqlarımızdan istifadə etmirik, sərhədə çox yaxındır. Sərhəd yaxınlığında ümumiyyətlə kənd təsərrüfatı işləri görmürük. Bu gün heç ot da toplaya bilmirik, yəni ot yoxdur", - Xaçaturyan bildirib.

Xatırladaq ki, 44 günlük müharibədən sonra Azərbaycan-Ermənistan sərhədində baş verən dəyişikliklər nəticəsində Azərbaycan ordusunun mövqeləri erməni yaşayış məntəqələrindən təxminən 150 metr məsafədə yerləşib.



Xəbəri paylaş

320 dəfə oxunub.

Digər xəbərlər