Saytımızı qiymətləndirin


 
 

Ermənistan qoşunları sərhəddən çəkiləcək, rus sülhməramlıları yerləşdiriləcək - Ermənistan KİV
Tarix: 23-06-2021 | Saat: 10:19
Bölmə:Karusel / Gündəm | çapa göndər

title

“Yaxın gələcəkdə Ermənistan hökuməti ilə Rusiya arasında Qeğarkunik bölgəsinin Zod-Xəzinəvar hissəsində rus sülhməramlılarının yerləşdirilməsi barədə razılığın əldə ediləcəyi, bundan sonra qoşunların cəbhədən çıxarılacağı aydın olub”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistanın yerli “Hraparak” qəzetinin məqaləsində qeyd edilib.

"Danışıqların getdiyini dünən Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan jurnalistlərlə brifinqdə təsdiqləyib: “Öz ərazimizlə bağlı nəyisə Azərbaycandan soruşası deyilik, ancaq suallar olduğu üçün onlarla da danışıqlar aparılır. Məqsədimiz Azərbaycan bölmələrini toqquşmadan sərhəddən çıxarmaqdır. Lazım gələndə Rusiya tərəfi ilə əməkdaşlıq edirik".

Baş Qərargah rəhbərinin suveren ərazimizi başqa bir dövlətin sülhməramlılarına etibar etməsi barədə cəsarətli şərhindən aydın olur ki, yalnız Ermənistan tərəfinin qoşunları geri çəkiləcək və nəticədə sərhədlərimizdə nə olacağını söyləmək çətindir.

Nikol Paşinyanın böyük ehtimalla payızda - sentyabrda Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı bir müqavilə imzalayacağı barədə də məlumatlar var", - deyə məqalədə bildirilib.
Mənbə: Qazet.az



Xəbəri paylaş

326 dəfə oxunub.

Digər xəbərlər