Saytımızı qiymətləndirin


 
 

“Dəyişikliklər yenə də bürokatik əngəllərə yol açacaq” - Deputat
Tarix: 22-06-2021 | Saat: 20:27
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

“Əllilliklə bağlı sənədlərin qəbul edilməsində Milli Məclis böyük məsuliyyətin çox hissəsini öz üzərinə götürdü və 2 mühüm dəyişiklik etdi”.

Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib. 

 

Deputat bildirib ki, Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr qərarında əlilliklə bağlı meyarlar 250-dən 150-yə endirilmişdisə, yeni qərar ilə bu meyarların sayı 800-dən çox olacaq:

 

““Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən yeni dəyişiklikdə niyə 4-5 ay yox, 7-8-9 ay yox 6 ay müddətində nəzərdə tutulur?! Bu haqda fikirləşmək lazımdır ki, 6 aydan çox olanda nə olacaq?! Yenə də bürokatik əngəllərə yol açılacaq. 6 ay tələbini aradan götürmək çox vacibdir. Çünki əlil şəxslərin tək gəlir yeri həmin müavinətlərdir. Yəni bu şəxslər 6 aya qədər gözləməz. Amma bürokratik əngəllər bu müddəti uzadır. İkinci ciddi məsələ aralıq müddət yaranır. Nazir Kabineti 2015-ci il qərarını ləğv edəcək. Amma aralıq müddətdə yaranacaq problemlərin aradan qaldırılması qanunvericilikdə yeni qərarın qəbul edilməsi çox vacibdir. Çünki aralıq müddətdə Nazirlər Kabinetinin 2015-ci il 30 dekbar tarixli qərarı işləsə çox böyük narazılıqlar yaranacaq”. (Modern.az)



Xəbəri paylaş

1498 dəfə oxunub.

Digər xəbərlər
12-10-2021, 15:31 Yoluxanların sayı artdı