Saytımızı qiymətləndirin


 
 

Ermənilər Qarabağ Ermənilər Qarabağ sevdasından biryolluq vaz keçdilər...
Tarix: 21-06-2021 | Saat: 16:46
Bölmə:Karusel / Yazar | çapa göndər

Ermənilər Qarabağ sevdasından biryolluq vaz keçdilər...

Ermənistanda heç bir seçki Azərbaycan cəmiyyətini indiki qədər maraqlandırmayıb. Bir aydan çoxdur ki, insanlar düşmən ölkədə keçiriləcək seçkilərdə kimin qalib gələcəyilə bağlı qızğın müzakirələr aparırdılar. Rusiyayönümlülər keçmiş prezident Robert Köçəryanın qalib gələcəyinə inanırdılar: “Əşşi, rusun icazəsi olmasa, Qafqazda quş da uça bilməz”.

Qərbyönümlülər Paşinyanı dəstəkləyirdilər. Son bir ayda bu sözləri çox eşitmişəm: “Erməni olanda nə olar? Düşmən də olsa, ağıllı adamdır. Ölkəsini rusun yedəyindən xilas etmək istəyir”.

Az-çox analitik təfəkkürü olan adamlar isə Paşinyanın qalib gəlməyini istəyirdilər. Başadüşüləndir. Vətənimizin səmasından barıt qoxusu hələ çəkilməyib. Hərbi cani olan Köçəryanın rəhbərlik edəcəyi ölkənin üçtərəfli sazişin şərtlərinə əməl edib normal münasibətlər quracağına çox az adam inanırdı. Köçəryanın sifətinə baxanda bunu sezmək bir o qədər də çətin deyildi. Qisas hissi bu adamın içindəki bütün kin-küdurəti üzünə vurmuşdu. Bir yumruq da bunun başına vurmaq lazım gələcəkdi...

Paşinyanla məsələ aydındır. Bu adam çətin ki, “dəmir yumruq”un təsirindən ayılsın. Seçki vaxtı asıb-kəsməyinə baxmayın, üzərinə götürdüyü öhdəlikləri bir-bir yerinə yetirəcək. Bu adamın ikinci dəfə səhv eləməyə haqqı yoxdur. Vaxtilə Cıdır düzündə etdiyi səhv ona və ölkəsinə baha başa gəldi. Ümid edək ki, növbəti dövrdə səhvlərini düzəltməklə məşğul olacaq. Qərar onundur. Çalışıb çaşmasın. Çaşsa, yenə aşacaq. Həm də bu dəfə qalxmaq şansı olmayacaq...

Köçəryanın məğlub olması kifayət qədər ciddi məsələdir. Ona görə yox ki, müharibəyə meylli idi, qalib gəlsəydi, bizə kəllə atacqdı. Qələt edir, heç “mıqq” da eləyə bilməyəcəkdi. Uzaqbaşı, başına bir qapaz dəyən kimi reallığı anlayacaqdı.

Ona görə ciddi məsələdir ki, ermənilər müharibə istəmədiklərini, yəni bizdən qorxduqlarını açıq şəkildə etiraf etmiş oldular. Köçəryan onlara nə vəd edirdi? Deyirdi ki, Hadrutu dərhal, Şuşanı isə 2 il ərzində geri qaytaracağam. Dünənki seçki göstərdi ki, ermənilər Şuşa sevdasından, Qarabağ sevdasından biryolluq vaz keçdilər. Mənimçün əsas nəticə budur!

Ermənistan çürük diş deyil ki, çəkib ataq, canımız qurtarsın. Rus çarı ilə İran şahının məkrli siyasəti üzündən biz bu adamlarla qonşu olmuşuq. Hamı istəyir ki, qonşusu yaxşı olsun, onunla düşmənçilik eləmsəin. Ermənilərin qisas almaq arzusuyla alışıb-yanan Köçəryan və tərəfdarlarına dirsək göstərməsi yaxşı haldır. Deyəsən, yavaş-yavaş ağıllanırlar. Bizim də istədiyimiz elə budur: Erməni olmasınlar, adam olsunlar...

Seymur VERDİZADƏ 



Xəbəri paylaş

1398 dəfə oxunub.

Digər xəbərlər
6-01-2021, 09:59 Neftin qiyməti artıb