Saytımızı qiymətləndirin


 
 

ABŞ senatoru: "Günahsız insanların Qarabağ münaqişəsindən əziyyət çəkməsi təəssüf doğurur"
Tarix: 21-06-2021 | Saat: 10:15
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

ABŞ senatoru: Günahsız insanların Qarabağ münaqişəsindən əziyyət çəkməsi təəssüf doğurur
Çarlz Şumer

“Münaqişə nəticəsində günahsız insanların əziyyət çəkməsi təəssüf doğurur. Konflikt iştirakçısı olmayan şəxslərin başqalarının hərəkətlərinə görə zərər görməsi ilə bağlı narahatlığınızı paylaşıram”.

Qarabaginfo.az xəbər verir ki, bunu Nyu-York ştatından senator Çarlz Şumer "Report"un yerli bürosuna açıqlamasında deyib.

“ABŞ hökuməti uzun illər ərzində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində cəhdlər göstərərək, prosesdə fəal iştirak edib, Minsk Qrupunda aparıcı rol oynamaqla Azərbaycan və Ermənistan arasındakı münaqişənin sülh və danışıqlar yolu ilə həllinə tərəfləri təşviq edib. Eyni zamanda ABŞ regionda uzun illərdir davam edən inkişaf və humanitar yardım proqramlarının icrasına dəstək göstərir.

Karyeram boyunca Senatda işləyərək, Dağlıq Qarabağ regionunda yaşayan əhalinin dəstəklənməsi üçün orada Dövlət Departamenti, Xarici Əlaqələr və Müvafiq İşlər İdarəsi tərəfindən həyata keçirilən dini, iqtisadi və sülh layihələrinin maliyyələşdirilməsinə çalışmışam. Mən həmçinin Müdafiə Departamenti, Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) tərəfindən Azərbaycanda məktəblər tikilməsi və ölkənin inkişafı, eləcə də ehtiyac sahibi olan insanlara yardım edilməsinə yönəlmiş layihələri dəstəkləmişəm”.



Xəbəri paylaş

1328 dəfə oxunub.

Digər xəbərlər