Saytımızı qiymətləndirin


 
 

Ermənistanda seçki məntəqəsində atışma olub
Tarix: 20-06-2021 | Saat: 18:31
Bölmə:Karusel / Region | çapa göndər

Türkiye'de her 100 kişiden 12'sinde silah var

 

Ermənistanın Ararat əyalətində seçki məntəqələrindən birində atışma olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ölkə polisi məlumat yayıb.

Qeyd edilir ki, insident Azataşen kəndindəki seçki məntəqəsində baş verib. Hadisə yerinə operativ qrup göndərilib.

Məlumata görə, “Çiçəklənən Ermənistan” və “Verelk” partiyalarının üzvləri arasında mübahisə yaranıb. Mübahisə zamanı qaz tapançasından atəş açılıb.

“Silah maddi sübut kimi götürülüb, təhqiqat aparılır”, - polisin məlumatında bildirilir.

Bu gün Ermənistanda uzun müddətdir davam edən daxili ictimai-siyasi böhran şəraitində növbədənkənar parlament seçkiləri keçirilir. Seçkilərdə 21 partiya və 4 seçki bloku iştirak edir. Parlament seçkilərində bir sıra qanunsuzluqlar qeydə alınıb.

 

 



Xəbəri paylaş

1309 dəfə oxunub.

Digər xəbərlər