“Rusiya MN nədən Suqovuşanı “Madagiz” adlandırdı?”- Bu sual niyə rəsmən verilmədi?..
Tarix: 18-06-2021 | Saat: 11:57
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1345 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 18-06-2021 | Saat: 11:57
Bölmə:Karusel / Qarabağ | çapa göndər
“Ali Baş Komandanın, ali qanunverici orqanın sərəncam və qərarlarına hörmətsizlik ediləndə və buna rəsmi qurumlar reaksiya verməyəndə jurnalistin, yazarın susması qəbul olunandırmı?..”
Bu, 10 Noyabr üçtərəfli razılaşmasından bəri Rusiya tərəfindən Azərbaycan Respublikasının Yuxarı Qarabağ ərazisindəki bir çox rəsmi toponimlərinin ermənilərin xeyrinə təhrif edilməsi ilə bağlı ilk hal deyil..."
Xəbər verildiyi kimi, “keçən gün(17 iyun-S.L.) ərzində Madagiz (Suqovuşan - red.) - Kəlbəcər marşrutu yolu ilə Rusiya hərbi polisi Dağlıq Qarabağın yaşayış məntəqələrində infrastrukturun bərpasından ötrü tikinti materialları, yerli sakinlər üçün ərzaq və müxtəlif mallar çatdıran 53 yük maşını üçün təhlükəsizliyi təmin edib.
Moderator.az ictimaiyyətin, dövlət və hökumət qurumlarının diqqətinə çatdırmağa məcburdur ki, yuxarıdakı cümlədə dırnaq içində olan hissə mötərizə aralarını istisna etməklə Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yayılmış xəbərdəki cümlənin olduğu kimi tərcüməsidir.
İnformasiyanın originalını da oxuya bilərsiniz:
Məsələ ondadır ki, bu məsələyə nə hansısa aparıcı xəbər saytı, nə də hansısa rəsmi qurum reaksiya verib. Söhbət ondan gedir ki, Azərbaycan Respublikasının inzibati-hüquqi ərazisinə (Tərtər rayonu) aid olan və üstəlik, 44 günlük savaşın ilk günlərində azad edilmiş və elə dərhal Ali Baş Komandan tərəfindən adı rəsmən bərpa edilərək Suqovuşan qoyulmuş yaşayış məntəqəsinin adı Rusiya MN-in rəsmi saytı tərəfindən ermənilərin istədiyi formada təqdim olunur.
Xatırladaq ki, işğal dövründə ermənilər tərəfindən “Madagiz” adlandırılan sözügedən məntəqə 3 oktyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Və elə həmin gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən həmin kəndin tarixi adı bərpa edilərək Suqovuşan adlandırılıb. Bu, Ali Baş Komandanın çıxışında xüsusi olaraq səsləndirilib. Oktyabrın 6-da isə Prezident İlham Əliyev Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə əsasən bu haqda verdiyi qərarı təsdiqləyib.
Qərbin formalaşdırdığı müasir(!) jurnalistikanın qanunlarına əsasən jurnalist xəbərə münasibət bildirməməlidir... Bəs ölkəsinin suverenliyinə, ərazi bütövlüyünə həqarət olunanda, ölkə Konstitusiya və qanunlarına, respublika Prezidentinin, Ali Baş Komandanın, ali qanunverici orqanının sərəncam və qərarlarına qarşı hörmətsizlik ediləndə və buna rəsmi qurumlar reaksiya verməyəndə jurnalistin, yazarın susması qəbul olunandırmı?..
Onu da qeyd edək ki, bu, 10 Noyabr üçtərəfli razılaşmasından bəri Rusiya MN, eləcədə FHN tərəfindən rəsmi məlumat və xəritələrdə Azərbaycan Respublikasının Yuxarı Qarabağ ərazisindəki bir çox rəsmi toponimlərinin ermənilərin xeyrinə təhrif edilməsi ilə bağlı ilk hal deyil. Moderator.az ilk günlərdən həmin təhriflər barədə davamlı xəbərlər yayımlayıb. Bundan sonra Rusiya qurumları tərəfindən bəzi düzəlişlər edilsə də, məsələn, “İvanyan” yerinə Xocalı adı qoyulsa da, digər təhriflər(“Stepanakert”, “Mardakert”, “Martuni” və s.) davam etdirilir...
Xəbəri paylaş
Digər xəbərlər
16-12-2021, 17:01
Makron Azərbaycan dilində paylaşım etdi - Foto
27-04-2023, 00:23
Ərdoğan Akkuyu AES-dəki mərasimdə onlayn iştirak edəcək
25-05-2022, 17:31
Əziz Sancar Azərbaycana gələcək
24-04-2018, 14:57
İlham Əliyev boş qalan yerlərə bu şəxsləri təyin etdi - SƏRƏNCAM
12-04-2023, 09:35
Birlik sədri: "Deputat Kəmaləddin Qafarov əhalini aldadır"
27-03-2021, 09:19
Türkiyədə hoteldə öldürülən “iş adamı”nın görüntüləri – VİDEO
1-01-2022, 02:38
Şadlıq sarayının sahibi həbs edildi
27-05-2021, 10:16
Naxçıvanda bəbir leşi aşkarlandı - Fotolar
18-04-2021, 10:19
Prezident İlham Əliyev Kraliça II Elizabetə və Baş nazir Boris Consona başsağlığı verib